English version Russian version Armenian version Azerbaijan version Georgian version Kazakh version Turkish version Turkmenian version Ukrainian version
İnspeksiya

Ətin məcburi yoxlanması Kənd Təsərrüfat Nazirliyinin bölməsi olan Ərzaq Məhsullarının Təhlükəsizliyi Xidmətinin və İnspeksiya nəzarətinin (FSIS) funksiyasıdır. Bütün ət məhsulları keyfiyyət yoxlamasından keçməlidir. Bu federal inspeksiya, yaxud ayrı-ayrı ştatların müfəttişləri tərəfindən yerinə yetirilir. Müfəttişlərin kadrları Birləşmiş Ştatlar Hökumətinin nəzarəti altında dövlət təhsil müəssisələrində təhsil alırlar. Dövlətdən əmək haqqı alan müfəttişlər insanın istifadəsi üçün nəzarətdən keçirilən ərzaqların təmizliyinə, yüksək keyfiyyətinə, saxta olmamasına, dəqiq markalanmasına cavab verirlər. FSIS müfəttişləri hər bir heyvan kəsilməzdən əvvəl ona baxış keçirir, sonra isə kəsilmə, cəmdəyin emalı, qablaşdırma, markalanma və anbara yığılma proseslərini müşahidə edirlər. Onların məqsədi ştatın qanunlarına və federal təyinatların hamısına əməl edilməsinə əmin olmaqdır. Əgər sertifikatlaşma ərzağın yaxşı keyfiyyətdə olduğunu və onun istifadəyə yararlılığını təsdiq edirsə, müfəttiş cəmdəyin üzərinə, əsas kəsiklərə və ərzaqla dolu qutulara mürəkkəblə möhür qoyur.

Ət məhsullarının yoxlanmasına əlavədə FSIS müfəttişləri hər bir emal müəssisəsinin sanitar vəziyyətinə cavabdehdirlər. İşə başlamağa icazə verməzdən əvvəl müfəttişlər avadanlıqların, anbar binalarının, alətlərin yoxlanmasını həyata keçirir, habelə işçilərin şəxsi gigiyenalarına diqqət yetirirlər. Onlar əmin olmalıdırlar ki, keyfiyyətli məhsul almaq üçün bütün lazımi şəraitlər yaradılıb. Ət emalı ilə məşğul olan bütün müəssisələrin fəaliyəti federal, yaxud ştatların müfəttişləri tərəfindən bəyənildikdən sonra USDA təftişindən keçməlidirlər. Bu ABŞ hökuməti tərəfindən təmin olunur və Amerika vergi ödəyicilərinin vəsaiti hesabına həyata keçirilir.

Kəsiklərin spesifikasiyası və topdan satış ticarət

Cəmdəklərə keyfiyyət kateqoriyası və faydalı ərzağın çıxımının veriməsindən əlavə Birləşmiş Ştatların hökumət təsisatları cəmdəklərin və ət kəsiklərinin doğranması metodlarının standartlaşdırılmasına və dəqiq təyininə cavabdehdirlər. Bu metodların standartlaşdırılması və təsvirinin işlənməsi ilə ətin doğranması prosesi və sonrakı topdan satış realizasiyası sadələşdirilmişdir, belə ki, prosesin bütün iştirakçıları indi bir dildə izahat verə bilərlər və vahid nəticələrdən istifadə edə bilərlər. Hökumət orqanlarının tərtib etdiyi rəsmi sənədlərə müraciət etmək imkanı yaranmışdır. Mal, donuz və qoyun ətlərinin hər bir kəsiyinə və eynilə də konservantlarla emal edilmiş və tamamilə hazırlanmış ətlərə və əlavə məhsullara müvafiq şərhləri olan nömrələr verilmişdir. Bu məlumatlar «Ət ticarətində müəyyən edilmiş spesifikasiyalar» (İMPS) rəsmi sənədinə daxil edilmişdir. Amerika tədarükçülərindən ət almaq prosesini sadələşdirmək üçün bütün hallarda «Spesifikasiyalara» müraciət etmək məsləhət görülür.

Supplemental information

Certificate of Quality and Condition
Source: USDA Agricultural Marketing Service

Meat and Poultry Export Certificate of Wholesomeness
Source: USDA Food Safety and Inspection Service

Veterinary Health Certificate
Source: USDA Animal and Plant Health Inspection Service

Certificate of Origin
Source: J.E. Lowden & Company

Global Business Center, 468 North Camden Drive
Beverly Hills, California 90210
office: +1.310.860.7666
e-fax line: +1.323.395.0707
BIRD FLU INFO
From W.H.O. report
is no pandemic
of bird flu