Ətin düzgün təşkil olunmuş qablaşdırılması ona yanaşma və anbarlanması Birləşmiş Ştatlarda istehsal edilən yüksək keyfiyyətli ətin bütün qiymətli xüsusiyyətlərini saxlamaq üçün hədsiz dərəcədə vacibdir. Düzgün olmayan yanaşma və anbarlama ən yüksək keyfiyyətli ərzağın xarab olmasına səbəb ola bilər. Ət tez xarab olan ərzaq olduğundan, onunla işlədikdə ən qabaqcıl texnologiyadan istifadə etməli və ətin emalına və saxlanmasına qoyulan müddət məhdudiyyətlərinə ciddi əməl edilməlidir.
70-ci illərin əvvəllərində Amerika ət sənayesi bölünməmiş cəmdəklərlə ticarəti dayandırdıqda tezliklə məlum oldu ki, ən kəskin problem təzə ətin saxlama müddətinin uzadılmasına imkan verən və onun xarab olmasının qarşısını alan - ətin qablaşdırılmasıdır. Təzə ətin qablaşdırılmasının və saxlanmasının müasir metodları vakuum qablaşdırma texnologiyasının bazasına əsaslanır. Vakuum qablaşdırma adətən orta və kiçik parçaların, bifştekslərin və rostbiflərin bükülməsində tətbiq edilir. Bu prosesdə qalın elastik plastikdən hazırlanmış və laminasiya olunmuş hava keçirməyən xüsusi kisələrdən istifadə edilir. Sümüksüz ət vakuum qurğusuna yerləşdirilir və kisənin içərisinin havasını soraraq onun ağzını qaynaq edir. Bəzi qurğular havanı az miqdarda karbon 2 oksidi ilə (CO2) dəyişmək imkanına malikdirlər.









