Dondurulmuş ət və quşun gəmi ilə gətirilməsi hər ay iki istiqamətdə həyata keçirilir – Sankt-Peterburq limanları ilə Rusiyaya və Gürcüstanın Poti/Batumi limanları ilə. Yükləmələr başqa limanlarda, məs. Konstansa (Rumıniya), Mersin (Türkiyə), Novorossiysk (Rusiya), Odessa (Ukrayna) kimi limanlarda da həyata keçirilə bilər.
Həmçinin hər ay konteynerlə məhsul göndərilir.
Gəmiçilik idarəsi ilə möhkəm və yaxşı təşkil edilmiş əlaqələr bizə aşağı qiymətlər təklif etmək və müştərilərimizi geniş çeşitdə xidmətlərlə təmin etmək imkanını verir. Bizim anbarlarımızın və soyuducularımızın sistemi və yükləmə texnikamız müştərilərimizə ən sərfəli qiymətlərlə təklif olunur. Biz dəniz daşımalarının sığortalanmasını, habelə müştərilərimizin xahişinə əsasən xidmətlərin istənilən növ və kombinasiyasını təklif edirik.
Bizim Moskvada, Sankt-Peterburqda, Potidə və Bakıda olan təmsilçiliklərimiz yükünüzün qəbul edilməsinə və onun təyinat məntəqəsinə çatdırılmasına yardım göstərə bilər.





