|
SANKT-PETERBURQUN LIMANI, RUSIYA
Limanın təsviri
Yerləşdiyi ərazi: Baltika dənizinin Sankt-Peterburqdakı, bundan əvvəl Leninqrad, limanı. Neva çayının deltasındakı adalarda, Nevanın mənbəyində yerləşir.
Əsas məlumatlar: Liman buzqıran üçün ilboyu noyabr ayından mart ayınadək açıqdır. Sahildə üstünlük təşkil edən küləklərdən asılı olaraq, suyun səviyyəsinin dəyişilməsi imkanı var. Sankt-Peterburqun Dəniz Kanalının uzunluğu təxminən 15 dəniz milidir və limanın girişinə yol alır. Ən ensiz yerində eni 80 metrdir.
Daşımaya aid məlumatlar: hər il 190.107 teu da daxil olmaqla, təxminən 11.817.700 ton yük daşınır.
Yükləmə zonası: gəmilər üçün yay zonasının uzunluğu 100 metrdən artıqdır. Qış zonasının uzunluğu 100 metr, yaxud ondan bir az azdır. Qış – 1 noyabrdan 31 martadək, yay – 1apreldən 31 oktyabradək.
Maksimal ölçü: gəminin maksimal ölçüsü – uzunluğu 260 metr, eni 40 metr və gəminin dibindən altına qədər hündürlüyü – 11 metrə qədərdir.
Nevanın Qapılarının ölçülərini nəzərə alaraq gəmilərin maksimal uzunluğu:
- Gəminin uzunluğu 200 metrə qədər
Gəminin dibindən altına qədər hündürlüyü – 9 metrə qədər.
- 190 metrə qədər
Gəminin dibindən altına qədər hündürlüyü – 9,5 metrə qədər.
- 180 metrə qədər
Gəminin dibindən altına qədər hündürlüyü – 9,8 metrə qədər.
Gəlib çatma üçün məlumat
Gəlməyin təxmini vaxtı: Gəlməyin təxmini vaxtı «Vxod» - «Giriş» buyuna çatmağa 48, 24 və 2 saat qalmış, agent və ya gəminin kapitanı vasitəsi ilə Sankt-Peterburqun Limanının Dəniz Administrasiyası, limanın başçısı ilə razılaşdırılmalıdır. Əgər Sankt-Peterburqa gəlmək 48 saatdan az vaxt tutursa, çatmaq haqqında xəbərdarlıq gəmi göndərilmə limanından yola düşdükdən 2 saat sonra verilir.
Gəlməyin təxmini vaxtı özündə aşağıdakı informasiyanı əks etdirməlidir:
- Gəminin adı, tipi, milli mənsubiyyəti.
- Gəminin çağırış siqnalları.
- Gəminin sahibi kimi göstərilən, Sankt-Peterburqdakı nümayəndənin adı.
- Gəlmənin tarixi və zamanı.
- Gəminin maksimal uzunluğu, eni və çəkisi.
- Gəminin burnundan dal tərəfinə qədər həqiqi ölçüləri.
- Nt
- Yükün tipii və miqdarı.
- Buzqıranlara aid: buzqıranın tipi, mühərrikin imkanları və avarlı vintin materialı.
Gəminin kapitanı məlumatın düzgünlüyünə görə məsuliyyət daşıyır.
Lazımi sənədlər:
- Əsas Deklarasiya və ya Kapitanın Deklarasiyası.
- Gəmi ekiapjının siyahısı.
- Gəmiyə aid sənədlər.
- Sığorta haqqında Sertifikat, yaxud neftlə çirkləndirmə halında zərərin əvəzlənməsi üçün vətəndaş məsuliyyətinin digər maliyyə təminatı.
- Gəmi sahibinin yaxud rəhbərinin lisenziyasının surəti.
Rabitə:
Sankt-Peterburq radiosu (2.182 kiloherts).
Yüksək tezliklər: Limanın Nəzarəti - kanallar 16 və 26. Hərəkət nəzarəti – kanal 09.
Sağlamlıq barədə vəziyyət:
Gəmi kapitanı Sanitar-karantin xidmətini və Kompaniyanın Agentliyini gəmidəki həqiqi sanitar-epidemioloji şərait (yola düşdüyü liman, siçovul, ağcaqanadların olması) barədə «Pribıtie» - «Çatma» buyuna çatmağa 48 saatdan gec olmayaraq məlumatlandırmalıdır. Kapitan siçovullar barədə Sertifikatı təqdim etməlidir.
Gömrük yoxlanışı və imiqrasiya:
Gömrük yoxlanışı sanitar yoxlanışından sonra keçirilir. Gəmi kapitanı aşağıdakı sənədləri təqdim etməlidir:
Sənədləri və ya surətlərini:
- Beynəlxalq Dəniz təşkilatının blankında gəmidə silah, əsgəri təchizat, zərərli və ya narkotik maddələrin olub-olmaması barədə əsas deklarasiya.
- Yükün adını, sayını, tranzit və ya sənədsiz yükün olub-olmamasını bildirən Yük Deklarasiyası.
- Gəmi ekipajının siyahısı.
- Ödəniş vasitələrinin siyahısı.
- Ekipaj üzvlərinin əmlakı barədə deklarasiya.
- Tibbi məqsədlər üçün nəzərdə tutulmuş narkotik vasitələrin olub-olmaması.
- Gəminin ehtiyatları barədə deklarasiya.
Yükün sənədləri:
- Yükün siyahısı.
- Gəmi yükünün deklarasiyası.
- Gömrük buraxılışı üçün tələb olunan digər sənədlər.
Bayraqlar: bayrağı, losman və milli bayraqlar həmçinin göstərilməlidir.
Hazırlıq barədə xəbərdarlıq: çatdıqdan sonra limanın səlahiyyətli nümayəndəsi tərəfindən gəminin qəbul edilməsinə nəzarət etmək üçün Kapitan (agent) radioxəbərdarlıq etməlidir.
NAVİQASİYA
Limanın hüdudları: dəniz tərəfdən Sankt-Peterburqun limanı növbəti koordinatlarla məhdudlaşır: paralel boyunca xətt ilə və 427 metrədək Cənubi-Qərbə, «Uqolnıy Mol» (59°52’ Şimal 030°12’ şərq) və «Yujnaya Damba». Sonra Dəniz Kanalının cənub tərəfi boyunca Şimal-Qərbdən, «Malıy Reyd» ilə kəsişdiyi yerdən (59°58’ şimal 029°48’ şərq). Sonra Dəniz Kanalının şimal tərəfi boyunca Cənubi-şərqdən Şimal Bəndinin bünövrəsinə tərəf. Sonra Neva buyuna qədər şimal-şimali-şərqə 2 dəniz mili (59°56’ şimal 030°07’ şərq). Sonra cənubda Vasilyev adasına qədər. Dəniz buyu farvaterləri və kanalları: okean gəmiləri Dəniz Kanalından keçməyə məcbur edir. Neva çayının deltasından keçən 4 təbii kanal mövcuddur. Şimalda yerləşən, çayın dayaz yerini balaca gəmilərin keçə biləcəyi kanalın dərinliyi 2 – 3 metr arasındadır, onlar Neva körfəzindən düz Nevanın özünə aparırlar və bir neçə qolları işarəverici qüllələrlə, mayaklarla və buylarla işarələnib.
Losman. Vacibdir. Losmanlar adətən gəmiləri Sankt-Peterburqun limanının «Vxod» - «Giriş»inə keçirirlər (60°02’ şimal 029°26’ şərq) və sahilə yaxınlaşdırırlar. Pis hava şəraitində gəmi losmanın qayığının ardınca Kronştadta yol alır və burada losman onu yerləşdirir. Radarların Sahil stansiyasının zəmanətləri mümkündür.
Lövbər dayanacağı: dəniz tərəfdən limana gələn gəmilər «Vxod» - «Giriş» işarəverici qülləsinin lövbərini salmalıdırlar (60°02’ şimal 029°26’ şərq). Həmin yerdəki dərinlik 20-25 metr arasındadır, dibi çirkli və qumludur. Qabarıb-çəkilmə səviyyəsi və axınlar çəkilmənin səviyyəsi maksimum 3,5 metrdir (şimal-şərq payız küləkləri zamanı).
Körpülər: 1000
Hava və üstünlük təşkil edən küləklər: şimal-qərb.
Diaqramlar: BA 2395, 2264; Sov 451. Admirallığın losmanı NP20.
Nəql etmənin sxemləri: VTS SUDS-la (nəqliyyatın nizama salınması sistemi ilə) idarə olunur.
SUDS-a daxildir:
Dvinskoy 18-də yerləşən, tel: +7.812.114.9495, faks: +7.812.186.0669, nəqliyyatın idarə olunması postu.
Petrodvoretskdən tel: +7.812.427.9804. 1,4 dəniz mili şərqə, aralığında Neva körfəzinin cənub sahilində yerləşən, nəqliyyat nəzarət etməsinin radarlarının sahil avtomatik sistemi (BARS UDS).
İşarəverici qüllə «Vxod»-un yanında yerləşən, losmanın «Sankt-Peterburq» gəmisi (60°02’ şimal 029°26’ şərq).
Məhdudiyyətlər: Daxili reydlərdə və Sankt-Peterburqun Dəniz Kanalında maksimal sürət 6 km.
Yedəy gəmiləri: mümkündür. 170 m. uzunluğunda, dəniz dibinə 8,5 km. və yaxud daha artıq məsafədə olan gəmilər Sankt-Peterburqun Dəniz Kanalında Lesnoy Moldan Neva Körfəzi istiqamətində yedəkdən olunmalıdırlar.
KÖRPÜLƏR VƏ YÜKLƏR
Adları: liman 4 yük sahələrinə bölünmüşdür. Dayanacağın ümumi uzunluğu 8,4 km-dir (7,2 km. yüklərin nəqli üzrə əməliyyatlar üçün istifadə olunur, 1,2 km. isə texniki ehtiyacları ödəmək üçün və ya işlək vəziyyətdə olmayan gəmilər üçün körpü). Liman 270 hektar sahəni əhatə edir. Böyük həcmlər üçün əsas körpülər: çətin qaldırılan yüklər adətən limanın üçüncü sahəsində boşalır. Ehtiyac olduqda, bir neçə üzən kran istifadə edilə bilər, birinin gücü – 300 ton, digərinin – 90 ton, qalanlarının isə – hərəsinin 15 ton. Çətin qaldırılan yüklərin gəmiyə yüklənməsi isə həm birinci, həm də ikinci sahədə keçirilə bilər. Ağac üçüncü sahədə «Meşə materialları ilə stividor işləri üzrə kompaniya»nın köməyi ilə yüklənir.
Metallar: metallar – limanda ən vacib yüklərdən biridir, onun boşaldılması 1-ci, 2-ci və 3-cü yük sahələrində boşaldılır. Üçüncü sahədə «Neva Metal Trans» şirkəti qara metalın yüklənməsini həyata keçirir. Şirkətin əsas məqsədi – gəmilərin yükünün boşaldılması prosesini sürətləndirmək və diqqəti qara metalda cəmləşdirmək. Şirkətin ümumi sahəsi 17000 m2 olan şəxsi bağlı anbarı var.
Meşə materiallarından ibarət yükü: kağız və sellülozanın saxlanması və yüklənməsi birinci və ikinci sahələrdə keçirilir. Ağac «Meşə materialları ilə stividor işləri üzrə kompaniya»nın köməyi ilə yüklənir. Quru yük: taxıl xüsusi cihazlar olan vaqonlara boşaldılır. Okean gəmiləri lövbər dayanacağında dayana bilərlər ki, burada taxıl xüsusi sürətli cihazlar ilə çay gəmilərinə boşaldılır. Şəkər tozu birinci və ya ikinci yük sahələrində boşaldılır və o saat vaqonlara yüklənir. Gübrələr birinci və ya ikinci sahələrdə böyük həcmli konteynerlərdən, yaxud dəmir yolu vaqonlarından boşaldılır.
Kalium-karbonat vaqonlardan və ya birbaşa çay gəmilərindən boşaldılır. Kömürün boşaldılması üçün xüsusi terminal vardır. Bu terminal 4-cü yük sahəsinin ərazisində yerləşir və iki körpü ilə təchiz edilib. Nəhəng açıq sahə müxtəlif növ kömürü bir-birindən aralı saxlamağa imkan verir. Kömürün yüklənməsi üçün xüsusi transportyor istifadə edilir. Tutumu – 7000 ton.
Konteynerlər üçün körpülər: konteynerlərlə əməliyyatlar demək olar ki, bütün liman sahələrində həyata keçirilə bilər, lakin bu məqsədlə ən effektiv xüsusiləşdirilmiş konteyner terminalı olan 3-cü sahə istifadə olunur. Konteyner terminalının gündə 300 konteyner hesabı ilə ümumi 20.000 konteyner tutumu var.
Tankerlər üçün körpü: maye ilə: maye neft məhsulları çay tankerlərin-ə/dən 2-3 və 3-4 sahələrin arasındakı hövzədə, daxili lövbər dayanacaqlarında nəql edilə bilər (birbaşa, yaxud şalanda vasitəsi ilə).
Saxlama: saxlama üçün mexaniki yük anbarları, soyuq (dondurucu) və açıq beton anbarlar. Bağlı anbarların sahəsi 105000 m2, açıqların isə - 940000 m2
Yük: dondurulmuş ərzaq dolu yüklər birinci və ikinci sahələrdə dayanır və o saat dəmiryol vaqonlarına və ya quru nəqliyyat vasitələrinə boşaldılır. Kisələrdə və ya bağlamalarda olan yüklər, son yükdən başqa, digər sahələrdə olur (treyler gəmilərində çatdırılmış yüklər də istisna olmaqla).
Ballastın/zibilin tullanması: mümkündür.
Təhlükəsizlik: təhlükəsizlik sutka ərzində limanın təhlükəsizlik xidməti tərəfindən təmin edilir.
ƏSAS
Təmir: mümkündür.
Gəmini doka qoymaq imkanı: Kanoner gəmi təmiri Həyətində mümkündür, lakin onların limana aidiyyəti yoxdur.
Bunkerlər/arsenal/su: təmiz su- var.
Yanacaq doldurmaq: bunkerlər barjalar və şalandalar ilə çatdırılır.
Səhiyyə xidməti: əsası – limanda, şəhərdə isə bir neçə xəstəxana.
Nəqliyyat: ən yaxın aeroport limandan 30 km. aralıda yerləşir. Beynəlxalq uçuşlar Sankt-Peterburqdan həyata keçir.
Yaxın dəmir yolu: Sankt-Peterburqda.
Ekipaj heyətində dəyişiklik: mümkündür.
Konsullar: Avstriya, Bolqariya, Kanada, Kuba, Çexiya, Danimarka, Finlandiya, Fransa, Almaniya, Macarıstan, Hindistan, İran, İtaliya, Yaponiya, Hollandiya, Norveç, Polşa, İsveç və ABŞ.
Sahillər: dövlət və kommersiya sərhədləri əlverişlidir.
Bayramlar: Yeni il, Beynəlxalq Qadınlar günü (8 mart), Beynəlxalq əmək günü (1 və 2-si may), Qələbə günü (9 may), Konstitusiya günü (7 oktyabr), Oktyabr inqilabı (7 və 8 noyabr).
İş saatları: tam sutka, 24 saat.
Hadisələr: Yük terminalının rekonstruksiyası nəzərdə tutulduğuna görə 2001-ci ilin aprelində Neva çayının üstündən yeni körpünün tikintisi başlanılmışdır. Tikinti Fin körfəzinin Cənub hissəsində xidmətin yenilənməsi və yaxşılaşdırılması məqsədi ilə başlanmışdı. Cari layihələr Bert 101-in modernləşməsini, ətraf mühitin qorunması üzrə konstruksiyaların, habelə Bert 106/7-də kalium-karbonat emalı üzrə kompleksin tikintisini özündə ehtiva edir. 2001-ci ilin mayında həmçinin «Birinci konteyner» terminalının genişlənməsi başa çatmışdır. Bundan əlavə, bildirilir ki, Baltika Yük Terminalı da işə düşür.
Gəmi ekspertləri: var.
Zibil: daşınması mümkündür.
Dezinfeksiya: mümkündür.
Çirkləndirmə: qəti qadağandır.
|